Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İmişli şəhər sakini İ.Əmirovun yardımçı təsərrüfatından 21 baş qoyununu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
16.06.2022
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 il əvvəl şəhər sakini İ.Əmirovun yardımçı təsərrüfatından 21 baş qoyununu oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Ş.Kazımov və əvvəllər məhkum olunmuş E.Muradov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Lənkəran rayonunun Göyşaban kənd sakini R.Rzayevdən heroin aşkar edilərək götürülüb
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Göyşaban kənd sakini, əvvəllər məhkum olunmuş R.Rzayevdən heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən onun həmkəndlisi E.Ağazadə ilə birgə müxtəlif vaxtlarda 4 vətəndaşa məxsus ümumilikdə 13 baş qoyunu oğurlamaları da müəyyən edilib. Davam etdirilən tədbirlərlə E.Ağazadə də saxlanılıb. Araşdırma aparılır.
Bərdə rayon sakini E.Paşayevin Yenidaşkənd kəndindəki evindən ov tüfəngi və patronlar aşkar edilərək götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Paşayevin Yenidaşkənd kəndindəki evə baxış zamanı oradan “Toz-C-8931” markalı ov tüfəngi və 22 ədəd patron aşkar edilərək götürülüb.
Qubadlı rayonunun Muradxanlı kəndi ərazisində yabanı halda bitmiş 4,8 ton çəkidə çətənə kolları məhv edilib
Qubadlı Rayon Polis Şöbəsi, Dövlət Sərhəd Xidməti və Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Muradxanlı kəndi ərazisində yabanı halda bitmiş 4,8 ton çəkidə 16403 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Sabirabad rayonunun Əsədli kənd sakini R.Qurbanovun həyətindən çətənə kolları, yaşadığı evdən isə 5,4 kiloqram marixuana götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əsədli kənd sakini R.Qurbanovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 108 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə 5,4 kiloqram marixuana aşkar edilərək götürülüb.
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “Ford Transit” və “Mercedes” markalı avtomobillər toqquşub
İyunun 16-da saat 5 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şəmkir rayon sakini A.Aslanovun idarə etdiyi “Ford Transit” və Bakı şəhər sakini E.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Aslanovun sərnişini, Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qəbələ rayonunun Zərgərli kəndi ərazisində “VAZ-2107” markalı avtomobil ağaca çırpılıb
İyunun 16-da saat 4 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Oğuz rayon sakini P.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub və nəticədə sərnişini olan atası Bəylər hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qusar şəhəri ərazisində “Nissan” markalı avtomobillə şəhər sakini R.Vasilyev vurulub
İyunun 16-da saat 11 radələrində Qusar şəhəri ərazisində şəhər sakini O.Sultanova idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən şəhər sakini Ruslan Vasilyevi vurub və nəticədə piyada hadisə yerində ölmüşdür.Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ucar rayonunun Məlikballı kəndi ərazisində "VAZ-21063" markalı avtomobillə velosiped sürən N.Əhmədov vurulub
İyunun 16-da saat 21 radələrində Ucar rayonunun Məlikballı kəndi ərazisində kənd sakini Ç.Niftəliyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə velosiped sürən həmkəndlisi Nurbaba Əhmədovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub
15.06.2022
İyunun 15-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.