DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin açılması təmin olunub

16.06.2022

İyunun 16 -da ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

16.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin açılması təmin olunub 16.06.2022
  • Bakı şəhər sakini N.Əsgərovun bank hesabından 670 manatını oğurlamaqda şübhəli bilinən N.Əzizli saxlanılıb 16.06.2022
  • Yasamal rayonu ərazisində 4 evdən oğurluq törətməkdə şübhəli bilinın Yevlax rayon sakini E.Alıyev saxlanılıb 16.06.2022
  • Gəncə şəhər sakini C.Bağırovun həyətindən 54 ədəd çətənə kolu götürülüb 16.06.2022
  • İmişli şəhər sakini İ.Əmirovun yardımçı təsərrüfatından 21 baş qoyununu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 16.06.2022
  • Lənkəran rayonunun Göyşaban kənd sakini R.Rzayevdən heroin aşkar edilərək götürülüb 16.06.2022
  • Bərdə rayon sakini E.Paşayevin Yenidaşkənd kəndindəki evindən ov tüfəngi və patronlar aşkar edilərək götürülüb 16.06.2022
  • Qubadlı rayonunun Muradxanlı kəndi ərazisində yabanı halda bitmiş 4,8 ton çəkidə çətənə kolları məhv edilib 16.06.2022
  • Sabirabad rayonunun Əsədli kənd sakini R.Qurbanovun həyətindən çətənə kolları, yaşadığı evdən isə 5,4 kiloqram marixuana götürülüb 16.06.2022
  • Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “Ford Transit” və “Mercedes” markalı avtomobillər toqquşub 16.06.2022
  • Qəbələ rayonunun Zərgərli kəndi ərazisində “VAZ-2107” markalı avtomobil ağaca çırpılıb 16.06.2022
  • Qusar şəhəri ərazisində “Nissan” markalı avtomobillə şəhər sakini R.Vasilyev vurulub 16.06.2022
  • Ucar rayonunun Məlikballı kəndi ərazisində "VAZ-21063" markalı avtomobillə velosiped sürən N.Əhmədov vurulub 16.06.2022