Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Əvəz Rüstəmov polis əməkdaşlarının belə nümunəvi xidmətinə, maarifləndirici tədbirlərinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə rəhbərlik etdiyi kollektiv adından DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Rasim Əsgərov ünvanlandığı məktubunda rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Elnarə Əhmədova aliment borcuna görə axtarışda olan şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi üçün etdiyi müraciətə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Əziz Əzimov ünvanlandığı məktubunda Qobustan rayonu ərazisində də ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Könül Soltanova tanımadığı şəxs tərəfindən narahat edilməsi, kobud rəftara məruz qalması ilə bağlı etdiyi polis əməkdaşları tərəfindən operativ yanaşıldığına və qısa zaman ərzində köməkliyin göstərildiyinə görə DİN rəhbərliyinə dərin minnətdarlıq edir.

Bakı şəhər sakini Nərminə Məhərrəmova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, Nəsimi Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırma aparıldığına görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.   

Bakı şəhər sakini Sədaqət Abbasova DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə dərhal reaksiya verildiyini və həyata keçirilən tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Zümrüd Əsgərova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Kamalə Hüseynova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.