Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.05.2022 - Gəncə şəhər sakini Sənan Ərəbov
Gəncə şəhər sakini Sənan Ərəbov etdiyi müraciətə operativ şəkildə baxılmasına və adekvat reaksiya verilərək məsələnin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür bildirir.
10.05.2022 - Bakı şəhər sakini Orxan Eyyublu
Bakı şəhər sakini Orxan Eyyublu üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
10.05.2022 - Bakı şəhər sakini Elşad Məmmədov
Bakı şəhər sakini Elşad Məmmədov müraciətinə operativ şəkildə baxıldığına, eyni zamanda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkür edir.
10.05.2022 - Bakı şəhəri Surxanı rayonunun bir qrup sakini
Bakı şəhəri Surxanı rayonunun bir qrup sakinləri ünvanladıqları məktubda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkürlərini bildirirlər, çətin və şərəfli işlərində uğurlar arzulayırlar.
10.05.2022 - Bakı şəhər sakini Samirə Əliyeva
Bakı şəhər sakini Samirə Əliyeva öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır.
10.05.2022 - Bakı şəhər sakini Orxan Kazimov
Bakı şəhər sakini Orxan Kazimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
10.05.2022 - Bakı şəhər sakini Zülfüqar Zülfüqarov
Bakı şəhər sakini Zülfüqar Zülfüqarov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
10.05.2022 - Abşeron rayon sakini Gülali Ağarəhimov
Abşeron rayon sakini Gülali Ağarəhimov ünvanladığı məktubda 7 ay öncə naməlum şəraitdə itirdiyi cüzdanının tapılaraq özünə qaytarılmasında, eyni zamanda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
10.05.2022 - Abşeron rayon sakini Məhərrəm İbadov
Abşeron rayon sakini Məhərrəm İbadov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.