DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Kəmalə Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə baxılmasına və probleminin həll olunmasında göstərilən köməkliyə görə minnətdarlıq edir.

Bakı şəhər sakini Xəyalə Əmrahova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda etdiyi müraciətə operativ və tez bir zamanda baxılmasına, ona göstərilən köməkliyə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Səbinə Məhərləmova Daxili İşlər Nazirliyinə ünvanladığı elektron məktubunda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, müvafiq araşdırma aparılaraq müsbət həll olunduğunu bildirir. O, görülən tədbirlərə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə BMCMİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Neftçala rayon sakinləri ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də ehtiyacı olan ailələrə göstərdikləri ərzaq yardımlarına görə Neftçala RPŞ-in rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Tərtər rayon sakini Pərviz Nəcəfov ailə üzvləri ilə birlikdə koronavirus infeksiyasına yoluxduğu zaman üzləşdikləri problemlərin aradan qaldırılmasında, eləcə də həll olunmasında göstərdikləri köməkliyə görə Tərtər RPŞ-in rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Qazax rayon sakini, şəhid atası Elxan Abdullayev DİN Daxili Qoşunların sıralarında xidmət edən oğlu Sərxan Abdullayevin Vətən müharibəsi uğrunda başlanmış döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucaldığını, bununla qürur duyduğunu, eləcə də daxili işlər orqanlarının rəhbərliyinin şəhidlərin ailə üzvlərinə göstərdikləri diqqət və qayğıya, köməkliyə görə Qazax RPŞ-in rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

seadet_m_ova adlı instaqram istifadəçisi Səadət Məmmədova DİN-in instagram səhifəsi vasitəsilə “Honor” markalı mobil telefonunu itirməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ülkər Alışova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Qarabağ əlili olan sabiq polis əməkdaşı, Abşeron rayon sakini Bəylər Teymurov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda səhhətinin pisləşməsi ilə bağlı DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı Poliklinikasına müraciət etdiyini bildirir. O, sağalması üçün həkimlərin göstərdiyi səylərə, eyni zamanda göstərilən yüksək diqqət və qayğıya görə 2 saylı Poliklinikanın həkimlərinə təşəkkürünü bildirir.