Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.07.2024 - Bakı şəhər sakini Amaliya Abasova
Bakı şəhər sakini Amaliya Abasova baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyi başda olmaqla Bakı şəhər Baş Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
12.07.2024 - Ağdam rayon sakini Ramis Sayəddinov
Ağdam rayon sakini Ramis Sayəddinov probleminin qısa müddətdə müsbət həllini tapmasına görə Ağdaş RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
12.07.2024 - Mingəçevir şəhər sakini Əli Abbasov
Mingəçevir şəhər sakini Əli Abbasov müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.
12.07.2024 - Bakı şəhər sakini Lalə Ruvinova
Bakı şəhər sakini Lalə Ruvinova ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir və müraciətinin müsbət həlli ilə bağlı DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.07.2024 - Xaçmaz rayon sakini Orxan Qəhrəmanov
Xaçmaz rayon sakini Orxan Qəhrəmanov tanıdığı şəxsin onu döyməsi barədə etdiyi müraciətə operativ baxılaraq həmin şəxs barəsində qanuni tədbir görüldüyünə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
12.07.2024 - Bakı şəhər sakini Asif Abdullayev
Bakı şəhər sakini Asif Abdullayev baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyi başda olmaqla Bakı şəhər Baş Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
12.07.2024 - Sosial şəbəkə istifadəçisi Firuzə Zeynalova
Sosial şəbəkə istifadəçisi Firuzə Zeynalova itirdiyi oğlunun dərhal tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
12.07.2024 - Vətəndaş Xətai Qənbərov
Vətəndaş Xətai Qənbərov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
12.07.2024 - Vətəndaş Yasif Şahhüseynov
Vətəndaş Yasif Şahhüseynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkür edir.