Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Qafar İsmayılov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə obyektiv baxılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Bakı şəhər Baş Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Nəsimi Ağayev xidməti fəaliyyətin düzgün təşkil olunmasına görə Cəlilabad RPŞ DYPB-nin rəhbərliyinə  təşəkkür edir.

Cəlilabad rayon sakini Nadir Baxşəliyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Abşeron rayon sakini Anar Əliyev müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Şəhid atası Cavad Səfərov müraciətinə operativ baxılmasına, səmimi qəbula və göstərilən diqqətə görə Xaçmaz RQİ və TBŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nicat Məmmədkərimli müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Səbail RPİ 41-ci PB-nin kollektivinə təşəkkür edir.

Goranboy rayon sakini Cabir Xəlilov baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə Gəncə ŞBPİ İstintaq və Təhqiqat İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Ruslan Orucov müraciətinin qısa müddətdə müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Şəhid ailəsi olan Könül Hüseynova Qaradağ rayonunda yerləşən DİN BDYPİ Qİ və TBŞ-də avtomobilini texniki baxışdan keçirdiyi zaman ona göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.