Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.08.2022 - Bakı şəhər sakini Cəmilə Ələkbərli
Bakı şəhər sakini Cəmilə Ələkbərli DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssas yanaşıldığına və tez bir zamanda problemin aradan qaldırılmasınada göstərilən köməkliyə görə minnətdarlıq edir.
15.08.2022 - Bakı şəhər sakini Üzeyir Məmmədov
Bakı şəhər sakini Üzeyir Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluqla əlaqədar etdiyi müraciətə operativ baxılmasına və ona dəymiş ziyanın tez bir zamanda ödətdirilməsində göstərilən köməkliyə görə 31-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlıq edir.
15.08.2022 - Gəncə şəhər sakini Samirə Həsənova
Gəncə şəhər sakini Samirə Həsənova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxılmasına və aparılan araşdırmaya görə Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq ifadə edir.
15.08.2022 - Bakı şəhər sakini Lalə Məmmədova
Bakı şəhər sakini Lalə Məmmədova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxılmasına görə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlıq ifadə edir.
15.08.2022 - Azadmediatv.com saytının rəhbəri Gülnaz Qənbərli
Azadmediatv.com saytının rəhbəri Gülnaz Qənbərli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxılmasına, səmimi qəbula və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdasinin və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlıq ifadə edir.
15.08.2022 - Sosial şəbəkə izləyicisi Rəfail Quliyev
Sosial şəbəkə izləyicisi Rəfail Quliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda yazır: “Əlil olduğum üçün Koroğlu metrostansiyası əarzisindəki keçiddən keçə bilmədiyinə görə H,Əliyev prospektinin Mərdəkam istiqamətində gələn hissəsindən şəhər istiqamətinə dönüş edən körpüyə çıxdım. Hunday markalı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq mənimlə parallel hərəkət edirdi ki, orada xidmətdə olan Post-Patrul əməkdaşları sürücüyə yaxınlaşıb məsələni öyrəndikdən sonra ona təşəkkürlərini bildirib məni xidməti maşınla müşayiət edərək sona qədər təhlükəsizliyimi təmin etdilər. Mən millətimin bu cür oğulları ilə fəxr edirəm. Allah onları qorusun!”
15.08.2022 - Bakı şəhər sakini Elçin Mirzəyev
Bakı şəhər sakini Elçin Mirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Azərbaycan Polisinə minnətdarlıq edir.
15.08.2022 - Bakı şəhər sakini Altay Əlili
Bakı şəhər sakini Altay Əlili DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə dərhal reaksiya verilməsinə və görülən lazımi tədbirlərə görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlıq edir.
15.08.2022 - Bakı şəhər sakini Elxan Dünyamalıyev
Bakı şəhər sakini Elxan Dünyamalıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına görə minnətdarlıq edir.