Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Vidadi İbadov vətəndaşlara göstərilən həssas münasibətə görə Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və təşəkkürünü bildirir.

“Doğruxəbər.az” saytının baş redaktoru Kamal Əsgərov müraciətinə operativ və obyektiv şəkildə baxılmasını yüksək dəyərləndirir və DİN rəhbərliyi başda olmaqla daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ramin Məhəmmədoğlu müraciətinə operativ və obyektiv şəkildə baxılaraq onu narahat edən məsələnin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Xəzər TV-nin müxbiri İslam Əşrəfov şikayətinə operativ və obyektiv şəkildə baxılaraq probleminin müsbət həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirir.

Beyəqan rayon sakini Zəfər Cəfərli DİN-ə ünvanladığı təşəkkür məktubunda Qax rayonu ərazisində itkin düşən övladının tapılaraq təhvil verilməsinə görə Qax Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Yevlax rayon sakini Zemfira Vəliyeva ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.

Bərdə rayonunda yaşayan şəhid anası Təzəgül Qarayeva ünvanladığı müraciətə operativ reaksiyaya və ona dəymiş ziyanın ödənilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bərdə RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Bəxtiyar Ağdərəli paylaşdığı məlumatda Bərdə rayonunda cinayətkarlıqla mübarizədə Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir və uğurlar arzulayır.

Beyləqan rayonunda məskunlaşmış Xocavənd rayon sakini Samir Bəhrəmov DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.