Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rəhimə Əsgərova məktubunda ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Mehdi Qədirov məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bərdə rayon sakini Elməddin İsmayılov DİN-ə ünvanladığı məktubunda müraciəti müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Ağcabədi Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Bulud Quliyev DİN-ə ünvanladığı məktubunda aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bərdə rayon sakini Orxan Yusifov DİN-in sosial şəbəkələrdəki səhifəsinə yazdığı mesajda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyi başda olmaqla Bərdə Rayon Polis Şöbəsinin kollektivinə təşəkkür edir.

Bərdə rayon sakini Günel Rəhimova DİN-in sosial şəbəkələrdəki səhifəsinə yazdığı mesajda müraciəti müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir. 

Bərdə rayon sakini Zahir Süleymanov DİN-in sosial şəbəkələrdəki səhifəsinə yazdığı mesajda ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyi başda olmaqla Mətbuat Xidmətinin əməkdaşlarına təşəkkür edir.

Ağdam rayon sakini Telman Əliyev DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyinə və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Ağdam rayon sakini Vüqar İsmayılov DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyinə və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.