Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba şəhər sakini Hikmət Hüseynov cinayətkarlığın bütün növlərinə qarşı aparılan qətiyyətli mübarizəyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Sumqayıt şəhər sakini Aytəkin Bayramova qısa zaman kəsiyində həllinə görə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Həsən Əlişirinli 23.06.2024-cü il tarixində aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirildiyini və məsələyə RPİ-nin İstintaq Şöbəsinin əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığını yazır. O, göstərdikləri səmimi münasibətə görə Azərbaycan Polisinə təşəkürünü bildirir. 

Yasamal rayon sakini Rəna Səmədli külli miqdarda pulunun ələ keçirilməsi ilə bağlı müraciətə operativ yanaşdığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.  

Saatlı rayon sakini Dilarə Hüseynova etdiyi müraciətin müsbət həllini tapmasında göstərdiyi köməkliyə görə RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir. 

Şəki rayon sakini Səyyarə Məhərrəmova üzləşdiyi problemlərin həllinə, həmçinin Şəki Rayon Mərkəzi Xəstəxanasında müvafiq işlə təmin olunmasında göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Nurlana İsmayılova etdiyi müraciətə operativ yanaşıldığına və üzləşdiyi problemin qısa zaman kəsiyində həlli üçün göstərdiyi köməkliyə görə RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini İlkin Qəhrəmanov etdiyi müraciətə həssas yanaşdıqlarına görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Naxçıvan sakini Rasim Babayev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.