Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rüfət Qədirli içtmai sabitliyin qorunmasında, cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə Azərbaycan Polisinin gərgin və fədakar xidmətini yüksək dəyərləndirir, çətin və şərəfli xidməti fəaliyyətində uğurlar diləyir.

Vətəndaş Zaur Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə şikayətinə operativ yanaşıldığına və probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ceyhun Cəlilov şikayətinə operativ yanaşıldığına və probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü  bildirir.

Sumqayıt şəhər sakini Aidə Həmidova DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə şikayətinə operativ yanaşıldığına görə Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Sumqayıt şəhər sakini Güldəstə Əbdüləzimova DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Gülnar Sadıqova halı pisləşən qızının tez bir zamanda xəstəxanaya çatdırılaraq həyatı təhlükəsinin qarşısının alınmasında göstərdikləri köməkliyə görə BMİ-nin Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisi ilə qürur duyduğunu ifadə edir.

Bakı şəhər sakini Zülfiyyə Qurbanova müraciətinə operativ və obyektiv şəkildə baxılaraq problemlərinin həllini tapmasında ona göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Tehranə Alxasova DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir, şikayətinə operativ şəkildə baxılmasına və səmimi qəbula görə Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Həsən Nəzərli vətəndaşlara göstərilən həssas münasibətə görə Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və təşəkkürünü bildirir.