Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.12.2022 - Qaradağ rayon sakini Ələkbər Mirzəyev
Qaradağ rayon sakini Ələkbər Mirzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə qısa müddət ərzində tam və dolğun cavab verdikləri üçün Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə təşəkkürünü bildirir.
10.12.2022 - Zaqatala rayon sakini Xəyyam Əhmədov
Zaqatala rayon sakini Xəyyam Əhmədov məktubunda xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə və cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə özü və ailəsi adından DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
10.12.2022 - Bakı şəhər sakini Cəmiyyət Alıyev
Bakı şəhər sakini Cəmiyyət Alıyev məktubunda övladının itkin düşməsi ilə bağlı müraciətinə çevik reaksiya verildiyini, həyata keçirilən operativ tədbirlərlə onun qısa müddətdə sağ-salamat tapılaraq ailəsinə təhvil verildiyini qeyd edir. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə, həyata keçirilən operativ tədbirlərlə narahatçılıqlarına son qoyulmasına görə özü və ailəsi adından DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
10.12.2022 - Bakı şəhər sakini Təvəkkül Balaşov
Bakı şəhər sakini Təvəkkül Balaşov məktubunda övladının polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı elanla əlaqədar müraciət etdiyini, sıra baxışında və seçim turunun digər mərhələlərində iştirak edərək xidmətə qəbul olunduğunu bildirir. O, polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığının şahid olduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
10.12.2022 - Bakı şəhər sakini Baduzaman Şıxəliyev
Bakı şəhər sakini Baduzaman Şıxəliyev üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
10.12.2022 - Sosial şəbəkə istifadəçisi, jurnalist Arifə Əliyeva
Sosial şəbəkə istifadəçisi, jurnalist Arifə Əliyeva şəxsi “Facebook” səhifəsində paylaşdığı postda yollarda hərəkət təhlükəsizliyinin təmin olunmasında, tıxacların aradan qaldırılmasında, eləcə də sürücülərin rahat, maneəsiz hərəkət etməsində göstərdikləri fədakar xidmətlərə görə Azərbaycan Polisinə, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.
09.12.2022 - Quba rayon sakini Mehparə Rüstəmova
Quba rayon sakini Mehparə Rüstəmova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
09.12.2022 - Quba rayon sakini Sahib İskəndərov
Quba rayon sakini Sahib İskəndərov üzləşdiyi problem ilə əlaqədar ona köməklik göstərilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
09.12.2022 - Vətəndaş Günel Bayramova
Vətəndaş Günel Bayramova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.