Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.07.2024 - Vətəndaş Maqsud Ağayev
Vətəndaş Maqsud Ağayev öz təşəkkür məktubunda oğlunun müraciəti əsasında Lerik Rayon Polis Şöbəsində aparılan araşdırmanın gedişindən məmnunluğunu ifadə edir və minnətdarlığını bildirir.
19.07.2024 - Vətəndaş İradə Cəlilova
Vətəndaş İradə Cəlilova öz təşəkkür məktubunda müraciətinin Astara Rayon Polis Şöbəsində obyektiv şəkildə araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.
19.07.2024 - Vətəndaş Hoşqədəm Həmidova
Vətəndaş Hoşqədəm Həmidova müraciəti əsasında aparılan araşdırmanın gedişindən məmnunluğunu ifadə edir və Masallı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
19.07.2024 - Astara rayon sakini Rafiq Əliyev
Astara rayon sakini Rafiq Əliyev öz təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə, rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunmasına görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
19.07.2024 - Vətəndaş Fazil Qasımov
Vətəndaş Fazil Qasımov DİN rəhbərliyinin bölgələrdə təşkil olunan görüşlərində vətəndaşlar tərəfindən qaldırılan məsələlərin diqqətlə və həssaslıqla dinlənilməsinə, verilən müvafiq tapşırıqların nəticəsində öz müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
18.07.2024 - Sosial şəbəkə istifadəçisi Elşad Aslanov
Sosial şəbəkə istifadəçisi Elşad Aslanov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparıldığına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
18.07.2024 - Sosial şəbəkə istifadəçisi Çingiz Məmmədov
Sosial şəbəkə istifadəçisi Çingiz Məmmədov ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
18.07.2024 - Yasamal rayon sakini Rəhimə Əskərova
Yasamal rayon sakini Rəhimə Əskərova xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Yasamal RPİ DYPŞ-nin və 29-cu Polis Bölməsinin əməkdaşlarından razılığını ifadə edir.
18.07.2024 - Sumqayıt şəhər sakini Aytəkin Bayramova
Sumqayıt şəhər sakini Aytəkin Bayramova vətəndaşlarla ünsiyyət zamanı nümayiş etdirdikləri yüksək mədəni davranışa, onların problemlərinin həllində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.