Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.03.2025 - Bakı şəhər sakini Orxan Əliyev
Bakı şəhər sakini Orxan Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yaşadığı ərazidəki məişət səs-küyü ilə bağlı müraciətinə operativ reaksiya verildiyi, müvafiq tədbirlər görülməklə müraciətinin müsbət həll edildiyini qeyd edərək müraciətinə həssaslıqla yanaşıldığı üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.03.2025 - Bakı şəhər sakini Fuad Yaqubov
Bakı şəhər sakini Fuad Yaqubov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemin həllində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.03.2025 - Vətəndaş Nofəl Mehdizadə
Vətəndaş Nofəl Mehdizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə rəhbərliyinə, Nəsimi Rayon Polis İdarəsinin və 20-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.03.2025 - Bakı şəhər sakini Elşad Dadaşov
Bakı şəhər sakini Elşad Dadaşov məktubunda səhhəti ilə əlaqədar yaranan narahatlığa görə avtomobilini yolun kənarında saxladığını görən polis əməkdaşlarının dərhal zəruri müdaxilələr etdiyini bildirərək göstərilən diqqət və qayğıya, həmçinin humanist yanaşmaya görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.03.2025 - Vətəndaş Günel Nağıyeva
Vətəndaş Günel Nağıyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
13.03.2025 - Şirvan şəhər sakini, Vətən Müharibəsi qazisi Emin Hətəmov
Şirvan şəhər sakini, Vətən Müharibəsi qazisi Emin Hətəmov DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
13.03.2025 - Zərdab rayon sakini Əfəndi Umudlu
Zərdab rayon sakini Əfəndi Umudlu etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
13.03.2025 - Vətəndaş Esmira Orucova
Vətəndaş Esmira Orucova Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
13.03.2025 - Vətəndaş Polad Qurbanov
Vətəndaş Polad Qurbanov hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə Azərbaycan polisinə minnətdarlığını bildirir.