Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nuranə Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, göstərilən humanistliyə, xoş rəftar və nəzakətli davranışlara görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli işlərində uğurlar arzulayır.

Mingəçevir şəhər sakini Sənan Tanrıverdiyev göstərilən köməkliyə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağsu rayon sakini Tofiq Əliyev müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Habil Müslümov şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə, Ağsu RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Mirsaleh Kişiyev öz təşəkkür məktubunda yaşadığı rayonda cinayətkarlıqla mübarizə istiqamətində görülən effektiv mübarizə tədbirlərinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyətindən məmnunluğunu bildirir.

Cəlilabad rayon sakini Kənan Nağdıyev bölgələrdə təşkil olunan vətəndaş qəbullarında iştirak üçün gələn sakinlərin diqqətlə və həssaslıqla dinlənilməsinə, lazımi köməkliyin göstərilməsinə və müraciətlərinin operativ qaydada həlli istiqamətində aidiyyəti üzrə göstərişlərin verilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş İqbal Əliyev və Samir Əliyev öz təşəkkür məktublarında Lənkəranda keçirilən vətəndaş qəbulu zamanı müraciətlərinə həssaslıqla yanaşılmasına və onlara lazımi köməkliyin göstərilməsinə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Masallı rayon sakini Hacırza Nağıyev müraciətinə operativ qaydada baxılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Fəridə Rüstəmova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda mülki öhdəlikdən yayınan şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsinə görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə və aidiyyəti əməkdaşlara minnətdarlığını bildirir.