Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qəbələ rayon sakini Rəvan Həsənzadə DİN-ə ünvanladığı təşəkkür məktubunda yazır ki, Texnofestdə iştirakı zamanı həyat yoldaşının vəziyyəti pisləşib. Orada xidmət aparan polis xanım əməkdaşının və DYPX-nin köməkliyi ilə həyat yoldaşı vaxtında xəstəxanaya çatdırılıb və həyati təhlükəsinin qarşısı alınıb.  Ona köməklik edən polis əməkdaşlarına öz təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Əsmər Cümşüdlü DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə baxılmasına, səmimi qəbula və probleminin aradan qaldırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Şəbnəm Həsənova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır: “Binəqədi rayonunda yaşayıram. Günün istənilən vaxtı küçəyə çıxanda polis əməkdaşlarını xidmət başında olması, əmin-amanlığı qoruması bizi çox sevindirir. Polis əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə DİN rəhbərliyinə minnətdarlığımı bildirirəm”. Sənədin işə alınması məqsədəmüvafiqdir.

Bakı şəhər sakini Gültamam Qəni-zadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı edilmiş dələduzluqla bağlı etdiyi müraciətə tez bir zamanda operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin şəxsi heyətinə minnətdarlıq edir.

Balakən rayon sakini Mübariz Mustafayev təşəkkür məktubunda şəhid ailələrinə, qazilərə göstərdikləri köməkliyə görə RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay rayon sakini Şahin İbrahimli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay şəhər sakini Mehriban Əhmədova müraciətinin müsbət yöndə həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Göyçay rayon sakini Vüqar Zəkəryəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus fərdi yaşayış evindən oğurluq edən şəxs barəsində qanunamüvafiq tədbir görüldüyü üçün RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Balakən rayon sakini Şəmsəddin Hüseynov müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.