Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Salyan rayon sakini Elnur Əliyev məktubunda müraciəti ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində qəbul edildiyini, araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və aparılan obyektiv araşdırmaya  görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Biləsuvar rayon sakini Samir Əliyev məktubunda müraciəti ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində qəbul edildiyini, araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və aparılan obyektiv araşdırmaya  görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Beyləqan rayon sakini Məzahir Əliyev məktubunda müraciəti ilə əlaqədar Beyləqan Rayon Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və müraciətinin müsbət həll olunduğunu yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Gəncə şəhər sakini Ülfət Heydərli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparıldığını və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, aparılan obyektiv araşdırmaya və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə, Bakı Şəhər Baş Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Lənkəran rayon sakini İsmayıl Cəfərli DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqətə və xidməti vəzifələrini layiqincə yetirdiklərinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır. 

Vətəndaş Bərzani Abbasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Vətəndaş Ərəstun İsmayılov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq edilməsilə əlaqədar etdiyi müraciətə operativ baxılmasına və oğurluq edən şəxslərin tez bir zamanda tutlumasına görə Xətai Rayon Polis İdarəsinin və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Şəhid atası Elyar Orucov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda polisin xidməti fəaliyyətindən razılıq edir və Su Nəqliyyatında Polis İdarəsinin şəxsi heyətinə təşəkkür edir.

Vətəndaş Ellada Bayramova düşdüyü çətin vəziyyətdən çıxmasında ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.