Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.05.2024 - Şahbuz rayon sakini İsbəndiyar İbrahimov
Şahbuz rayon sakini İsbəndiyar İbrahimov üzləşdiyi problemlə bağlı etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
20.05.2024 - Vətəndaş Murad Məmmədli
Vətəndaş Murad Məmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını qeyd edərək onunla yaxından maraqlanan, ona diqqət və qayğı ilə yanaşan polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
20.05.2024 - Bakı şəhər sakini Yeganə Cavadova
Bakı şəhər sakini Yeganə Cavadova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi porblemlə bağlı etdiyi müraciətinə baxılaraq müsbət həllində göstərdikləri köməyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.05.2024 - Sumqayıt şəhər sakini Günay Zülfüqarova
Sumqayıt şəhər sakini Günay Zülfüqarova DİN-ə ünvanlandığı məktubunda müraciətinə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində operativ baxıldığını bildirir.
Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.05.2024 - Şirvan şəhər sakini Şəbnəm Təhməzova
Şirvan şəhər sakini Şəbnəm Təhməzova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
20.05.2024 - Neftçala rayon sakini Arzu Xənməmmədova
Neftçala rayon sakini Arzu Xənməmmədova etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və göstərilən köməkliklərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
20.05.2024 - Hacıqabul rayon sakini Orxan İbrahimov
Hacıqabul rayon sakini Orxan İbrahimov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.
20.05.2024 - Neftçala rayon sakini Malik Rəcəbov
Neftçala rayon sakini Malik Rəcəbov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
20.05.2024 - Lənkəran rayon sakini Zəfər Əhmədov
Lənkəran rayon sakini Zəfər Əhmədov itkin düşmüş qohumunun Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zaman ərzində tapılaraq ailəsinə təhvil verilməsinə görə öz təşəkkürünü bildirir.