Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Naxçıvan MR vətəndaşı Məmmədbağır Bağırzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı edilən dələduğluğa görə etdiyi müraciətə operativ baxılmasına və səmimi qəbula görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.   

Bakı şəhər sakini Nuranə Muquşova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı edilən haqsızlığa görə etdiyi müraciətə operativ baxılmasına və hüquqlarının qorunmasında göstərilən köməkliyə görə Səbayel  Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.   

Sosial şəbəkə izləyicisi Rəhman Şahhüseynli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Yasamal Rayon Polis İdarəsində  səmimi qəbula və etdiyi şikayətə operativ və çevik baxılmasına, probleminin  tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə təşəkkür edir.

Musteqil.az saytının baş redaktoru Cavid Süleymanov DİN Mətbuat Xidmətinə daxil olmuş təşəkkür məktubunda Vətən müharibəsi qazisi Ceyhun Nəcəfzadənin dələduzluqla üzləşməsi faktıyla əlaqədar etdiyi şikayətə operativ və çevik baxılmasına, probleminin  tez bir zamanda aradan qaldırılmasında və ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə təşəkkür edir.

Bakı şəhər sakini Şamil Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar etdiyi şikayətə operativ və çevik baxılmasına, probleminin  tez bir zamanda aradan qaldırılmasında  və ona dəymiş ziyanın ödətdirilməsində  göstərilən köməkliyə görə təşəkkür edir.

Hədəfxəbər İnformasiya Agentliyinin təsisçi və baş redaktoru Orxan Yusifov  DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elvin Babazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qarşılaşdığı dələduzluq faktıyla əlaqədar Nəsimi Rayon Polis İdarəsində aparılan araşdırmaya, etdiyi müraciətə operativ baxılmasına görə  təşəkkürünü bildirir.

İmişli rayon sakini Ramin Əsədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı edilmiş dələduzluğa görə etdiyi müraciətə operativ baxılmasına, ona dəymiş ziyanın ödətdirilməsinə  və xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştiraklarına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin  şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nəsibə Məmmədova DİN-ə ünvanladığı təşəkkür məktubunda taksi sürücüsünün ona qarşı etdiyi kobud rəftarla əlaqədar etdiyi şikayətə operativ baxılaraq, şikayətinin tez bir zamanda həllini tapmasına, xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştiraklarına görə Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.