Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Türkiyə Respublikasının vətəndaşı Kübra Açıkgöz DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Şamaxı şəhər sakini Valeh Əliyev DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq probleminin aradan qaldırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Emin Rəhimov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Laçın rayon sakini Ramil Əbdüləzimov müraciətinə göstərilən operativ reaksiyaya və ona dəymiş ziyanın ödənilməsində edilən köməkliyə görə Laçın RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Yevlax rayon sakinləri Zemfira Vəliyeva və Uraman Şirinov etdikləri müraciətlərin müsbət həllini tapmasına görə minnətdarlıqlarını bildirirlər.

Mənsur Abbaszadə və Səxavət Səlimov müraciətlərinin obyektiv araşdırılmasına görə Bərdə RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.

Lənkəran rayon sakini Elnurə Əhədova və Zəminə Kərimova DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında müraciətlərinin obyektiv şəkildə araşdırılmasına görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Arzu Xankişiyeva

Cəlilabad rayon sakini Elnur Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Cəlilabad RPŞ-nin Göytəpə Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.