Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.08.2022 - Siyəzən rayon sakini Əsmər Yarıyeva
Siyəzən rayon sakini Əsmər Yarıyeva üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Siyəzən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.08.2022 - Qusar rayon sakini Xanlar Nəzərov
Qusar rayon sakini Xanlar Nəzərov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Qusar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.08.2022 - Quba rayon sakini Famil Yaqubov
Quba rayon sakini Famil Yaqubov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.07.2022 - Bakı şəhər sakini Fəxrəddin Paşayev
Bakı şəhər sakini Fəxrəddin Paşayev oğlunun daxili işlər orqanları sırasında xidmətə qəbul olunması ilə əlaqədar göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.07.2022 - Abşeron rayon sakini Novruz Ramazanov
Abşeron rayon sakini Novruz Ramazanov xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə ünvanladığı təşəkkür məktubunda razılıq və təşəkkürünü ifadə edir.
29.07.2022 - Şəki rayonunun Baş Göynük kənd sakini Y.Hacıyusifov
Respublikaxəbər.az saytından Daxili İşlər Nazirliyinə ünvanlanan məktubda Şəki rayonunun Baş Göynük kənd sakini Y.Hacıyusifovun üzləşdiyi problemlə bağlı Qax Rayon Polis Şöbəsinə müraciət olunduğu, polis əməkdaşları tərəfindən aparılan araşdırma və görülən tərdbirlər nəticəsində qısa müddətdə həmin vətəndaşın müraciətinin qısa müddətdə müsbət həll edildiyi qeyd olunur.
28.07.2022 - Bakı şəhər sakini Əlmaniz Ələkbərov
Bakı şəhər sakini Əlmaniz Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
28.07.2022 - Vətəndaş Şaiq Məmmədov
Vətəndaş Şaiq Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda kirayə mənzil sifariş etmək məqsədilə onlayn qaydada ödəniş edərkən aldadıldığı ilə bağlı ərazi üzrə polis orqanına müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
28.07.2022 - Vətəndaş Rüfət Bədirov
Vətəndaş Rüfət Bədirov məktubunda DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, bir müddət əvvəl üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq köməklik göstərilərək qısa müddətdə probleminin araşdırılaraq müsbət həll olunduğunu qeyd edir.