Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rövşən Hümbətov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Nəbi Nəbiyev hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən köməyə görə DİN rəhbərliyinə və Metropolitendə Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şabran rayon sakini Xəyyam Mahmudov üzləşdiyi problemlə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Şabran RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Seycamal Yusifov daxili işlər naziri tərəfindən  Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin, müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə, eləcə də Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Mirmusa Abasov daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda  etdiyi müraciətinə  həssaslıqla yanaşılaraq köməklik göstərilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Məhərrəm Əmirbəyov daxili işlər naziri tərəfindən  Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda  etdiyi müraciətinə  həssaslıqla yanaşılmasına, eləcə də köməklik göstərilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Kürdəmir rayon sakini Əbdülhəsən Abduləzizov polisin xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yetirməsinə görə DİN rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüsalə Taman vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rəna Quliyeva ünvanladığı müraciətinə operativ baxıldığını, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək polis əməkdaşlarına minnətdarlığını bildirir.