Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.10.2022 - Bakı şəhər sakini Yaşar Əsgərov
Bakı şəhər sakini Yaşar Əsgərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasındakı fəal iştirakına və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə minnətdarlığını bildirir.
07.10.2022 - Laçın rayon sakini Famil İsayev
Laçın rayon sakini Famil İsayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qeyd edir ki, Şuşa şəhərində olarkən ağır hərəkət məhdudiyyəti olduğundan gəzməkdə çətinlik çəkirmş. Orada o polis əməkdaşlarının köməkliyi ilə Cıdır düzünə qalxıb və Şuşa şəhərini gəzib. Şuşa RPİ-nin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, vətəndaşlarla səmimi münasibətə və onlara göstərilən köməkliyə görə minnətdarlığını ifadə edir.
07.10.2022 - Sosial şəbəkə izləyicisi Raksana Vəliyeva
Sosial şəbəkə izləyicisi Raksana Vəliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və səmmi qəbula görə Binəqədi RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
07.10.2022 - Sumqayıt şəhər sakini Əlişan Qurbanov
Sumqayıt şəhər sakini Əlişan Qurbanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.
07.10.2022 - Sosial şəbəkə izləyicisi Həsən Fərzəliyev
Sosial şəbəkə izləyicisi Həsən Fərzəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə dərhal reaksiya verilməsinə, operativ baxılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
07.10.2022 - Vətəndaş İlqar Məmmədəliyev
Vətəndaş İlqar Məmmədəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, paytaxtın Nardaran qəsəbəsində ictimai asayişin etibarlı qorunmasına, cinayətkarlığa, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.
07.10.2022 - Vətəndaş Rəqsanə Haciyeva
Vətəndaş Rəqsanə Haciyeva müraciətinə operativ baxılaraq tədbir görüldüyünə, eyni zamanda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
07.10.2022 - Vətəndaş Aytac Abdullayeva
Vətəndaş Aytac Abdullayeva öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə özü, ailəsi və işlədiyi şirkətin əməkdaşları adından polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
07.10.2022 - Vətəndaş Qardaşxan Məmmədov
Vətəndaş Qardaşxan Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda Qobustan rayon Nabur kəndində yaşayan şəhid və aztəminatlı ailələrə polis əməkdaşları tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edir və buna görə də DİO əməkdaşlarına təşəkkürünü bildirir.