Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Firduzə Səfərova təşəkkür məktubunda ona qarşı dələduzluq edilməsi ilə bağlı müraciətinin obyektiv araşdırılmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığnı bildirir.

Mingəçevir şəhər sakini Sabirə Mahmudova müraciətinin müsbət həllinə görə, ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Asif Allahyarov təşəkkür məktubunda müraciətinin müsbət istiqamətdə həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Türkiyə vətəndaşı Kübra Açıkgöz DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə operativ reaksiya verildiyinə, Baş Cinayət Axtarışı İdarəsində obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

“Facebook” sosial şəbəkəsindəki “Avtomobil elanları” adlı səhifədə Azərbaycan polisinə təşəkkür postu paylaşılıb. İzləyicinin göndərdiyi fotoşəkillərin əlavə olunduğu postda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, vətəndaşa göstərdiyi diqqətə, qayğıya və köməyə görə Səbail rayonunun “Bayraq Meydanı” ərazisində xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşlarına minnətdarlıq ifadə olunur: “Bayraq Meydanı yaxınlığında yol qəzası baş verib. Şəkildə gördüyünüz Yol Patrul Xidmətinin əməkdaşı yaralıya əlindən gələn köməkliyi edib. Hadisə yerinə Təcili Tibbi Yardım gələnə qədər ona ilkin tibbi yardım göstərib, su verib, hətta buz tapıb gətizdirərək dizinin üstünə qoyub. Var olsun belə polislərimiz...” 

“Space” Müstəqil Televiziya və Radio Şirkətindən Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlanıb. Məktubda şirkətə məxsus avtomobillərin Baş Dövlət Yol Polisi İdarəsinin Maştağa qəsəbəsində yerləşən Müayinə Mərkəzində texniki baxışdan keçirilməsi zamanı əməkdaşların onlara göstərdikləri diqqətdən məmnunluq ifadə olunur.
“Space” Müstəqil Televiziya və Radio Şirkətinin rəhbərliyi əməkdaşların xoş rəftar və nəzakətli davranışılarına, göstərdikləri diqqət və qayğıya, eyni zamanda vətəndaşların rahatlığı üçün yaradılan şəraitə və göstərilən xidmətə görə DİN rəhbərliyinə və BDYPİ-nin Maştağa qəsəbəsində yerləşən Müayinə Mərkəzinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sərxan Məmmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, Yol Patrul Xidməti əməkdaşlarının humanistliyinin, sürücülərlə xoş rəftarlarının və nəzakətli davranışılarının təqdirəlayiq olduğunu bildirir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.  

İmişli rayon sakini Gülnamə Mustafayeva üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyi üçün DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

İmişli rayon sakini Mirzəxan Mirzəyev DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşıldığına və obyektiv araşdırılmalar aparıldığına görə DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.