DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Fuad Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə verilən operativ reaksiyaya və ona qarşı sərgilənən yüksək mədəni davranışa görə minnətdarlığını bildirir.

Astara rayon sakini Cavad Mirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə atılan qətiyyətli addımlara və əldə olunan nailiyyətlərə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayonunun Siyakü kənd sakini Təvəkkül Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin müsbət həllini tapmasına görə minnətdarlığını yazır.

Astara rayonunun Siyakü kənd sakini Məhərrəməli Fərziyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciəti ilə bağlı köməklik göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə razılığını ifadə edir.

Bakı şəhər sakini Aydın Məmmədov məktubunda yazır ki, səhhəti pisləşən nənəsini avtomobili ilə xəstəxanaya apararkən yolda maşınında nasazlıq yaranıb. Neftçilər prospektində yol kənarında dayanarkən həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı ona yaxınlaşıb. O, nənəsini təcili xəstəxanaya çatdırmalı olduğunu dedikdə həmin yol polisi əməkdaşının nənəsinə ilkin tibbi yardım göstərdiyini, təcili xəstəxanaya çatdırılmasında, eyni zamanda maşınının evakuatorla aparılmasında köməklik göstərdiyini qeyd edir.

A.Məmmədov belə humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəıkkürünü bildirir.

Şamaxı rayonunun Göylər kənd sakini Qalib Üsüfov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlunun bank hesabından edilmiş oğurluq faktı ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə müraciət etdiyini yazır. O, müraciəti ilə bağlı dərhal müvafiq araşdırmaların aparıldığını, görülmüş tədbirlərlə qısa müddətdə bu cinayət əməlini törədənin müəyyən edildiyini və onlara dəymiş maddi ziyanın ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. Q.Üsüfov müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Şamaxı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Kamran Bədirxanov üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini yazır. O, müraciətinə operativ baxıldığını, obyektiv araşdırma aparıldığını və görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunaraq ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir. K.Bədirxanov müraciətinə qısa müddətdə baxılmasına və operativ tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Nizami İsmayılov ona dəymiş maddi ziyanla bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə və məsələnin müsbət həll olunduğuna görə polis əməkdaşlarına dərin təşəkkürünü bildirir.

Qusar rayon sakini Güloğlan Niftəliyev şəhid olmuş oğlunun pul kartından vəsaitin oğurlanması ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən xüsusi həssaslıqla yanaşıldığına görə DİN rəhbərliyinə təşəkkür edir.