Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Aysun Səbizova etdiyi müraciətlə əlaqədar obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünə görə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Eltun Abdullayev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Zamiq Turabov itirdiyi pul kisəsinin qısa zamanda tapılaraq ona geri qaytarılmasına görə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nəbi Məmmədli ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edir.

Naxçıvan şəhər sakini Tutu Fərəcova ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Leyla Məmmədli probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və İctimai Təhlükəsizlik İdarəsinin Təşkilati-analitik şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sabirabad rayon sakini Əflatun Əliyev müraciətinə obyektiv baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə Nəsimi RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Dilşad Həşimli müraciətinə həssas yanaşılmasına və qısa müddətdə müsbət həllini tapmasına görə Bakı şəhər BPİ-nin və İctimai Təhlükəsizlik İdarəsinin Post-patrul xidmətinin təşkili şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elsun Nəbi məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.