Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.04.2025 - Vətəndaş Aytac Qənbərova
Vətəndaş Aytac Qənbərova baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
10.04.2025 - Vətəndaş Mehdi Şahbazov
Vətəndaş Mehdi Şahbazov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkür edir.
10.04.2025 - Vətəndaş Raqub Cəfərov
Vətəndaş Raqub Cəfərov ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir.
10.04.2025 - Sosial şəbəkə istifadəçisi Reyhan Behbudova
Sosial şəbəkə istifadəçisi Reyhan Behbudova müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə BBPİ-nin əməkdaşlarına təşəkkür edir.
10.04.2025 - Sosial şəbəkə istifadəçisi Zülfürə Feyziyeva
Sosial şəbəkə istifadəçisi Zülfürə Feyziyeva itirdiyi pulunun tapılaraq ona təhvil verilməsinə görə Nəsimi RPİ-nin 19-cu PŞ-nin kollektivinə minnətdarlığını bildirir.
10.04.2025 - Sosial şəbəkə istifadəçisi Aydan Musayeva
Sosial şəbəkə istifadəçisi Aydan Musayeva müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına təşəkkür edir.
10.04.2025 - Bakı şəhər sakini Nəsrulla Məmmədov
Bakı şəhər sakini Nəsrulla Məmmədov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.04.2025 - Bakı şəhər sakini Davud Qasımov
Bakı şəhər sakini Davud Qasımov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən diqqətə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin kollektivinə minnətdarlığını bildirir.
10.04.2025 - Bakı şəhər sakini Rəşad Hümbətov
Bakı şəhər sakini Rəşad Hümbətov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.