Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini Mahir Əsədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını ifadə edir. 

Cəlilabad rayon sakinləri Vüqar Nuriyev və Əsmət İsayeva öz təşəkkür məktublarında müraciətlərinə operativ reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Biləsuvar rayon sakinləri Rəvan Əliyev və Elşən Quliyev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında müraciətlərinə çevik reaksiya verilməsinə görə Biləsuvar RPŞ-nin rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. 

Bloqer Saleh Nəsirov sosial şəbəkə üzərindən ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən qəbul edildiyini bildirir və məsələnin müsbət həllini tapmasına görə məmnunluğunu ifadə edir.

Biləsuvar rayon sakini Natəvan Axundova öz təşəkkür məktubunda onlayn yolla ona qarşı dələduzluq edilməsi ilə bağlı müraciətinə çevik reaksiya verilməsinə və onu dələduzluq yolu ilə aldadan şəxsin müəyyən edilərək dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Biləsuvar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Fariz Osmanov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Zərdab rayonunun Məlikli kənd sakini Ədalət Mejdunov üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Bakı şəhər sakini Damət Ağayev ölkədən çıxışına məhdudiyyətin olub-olmaması barədə məlumat almaq məqsədilə etdiyi müraciətin operativ cavablandırılmasına görə Azərbaycan Polisinə minnətdarlığını yazır.

Vətəndaş Təhminə Sultanova ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə təşəkkürünü bildirir.