Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Surxay Bəkirov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Binəqədi Rayon Polis İdarəsinə etdikləri  müraciətə operativ reaksiya verildiyini və görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, müraciətlərinə həssas yanaşılmasına görə özü və ailə üzvləri adından DİN-in rəhbərliyinə və Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Gülnarə Əliyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Namiq Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O,  müraciətinə operativ baxılmasına, aparılan obyektiv araşdırmalara, o cümlədən pozulmuş hüquqlarının bərpa edilməsinə görə DİN-in rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürünü bildirib. 

Vətəndaş Sahil Məmmədov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, barəsində tərtib olunmuş protokolla bağlı etdiyi müraciətinin obyektiv araşdırıldığını, o cümlədən pozulmuş hüquqlarının bərpa olunduğunu qeyd edir. 
S.Məmmədov müraciətinə diqqətlə yanaşıldığına görə polis əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Əli Hüseynəliyev məktubunda oğlunun şəxsiyyət vəsiqəsi ilə bağlı yaranmış problemlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsinə müraciət etdiyini yazır. O, müraciətinə operativ yanaşılaraq qısa müddətdə müsbət həll edildiyinə, eyni zamanda göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının və Naxçıvan MR daxili işlər nazirliklərinin rəhbərliyinə, o cümlədən Pasport və Qeydiyyat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Xəyal Mustafazadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Mirzə Fərəcov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Qahir Xankişiyev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Amid Hüseynov DİN-in “Instagram” səhifəsinə mesajında Nərimanov  rayonunun ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı ərazidə xidmət aparan Yol-Patrul Xidməti əməkdaşlarının ona müvafiq köməklik göstərdiklərini qeyd edərək Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.