Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.11.2022 - Vətəndaş İmran Süleymanov
Vətəndaş İmran Süleymanov taksidə unutduğu pulqabının qısa zaman kəsiyində tapılaraq ona qaytarılmasında göstərdiyi köməkliyə görə Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
25.11.2022 - Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini, şəhid Sahib Məmmədovun həyat...
Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini, şəhid Sahib Məmmədovun həyat yoldaşı Gülnar Məmmədova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə, DİN Daxili Qoşunların rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
25.11.2022 - Sosial şəbəkə istifadəçisi Arif Mansurov
Sosial şəbəkə istifadəçisi Arif Mansurov üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
25.11.2022 - Abşeron rayon sakini Mirzəcan Salmanov
Abşeron rayon sakini Mirzəcan Salmanov üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin, Saray Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.
25.11.2022 - Vətəndaş Fuad Rəhmanov
Vətəndaş Fuad Rəhmanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, oğlunun polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı elanla əlaqədar müraciət etdiyini, sıra baxışında və seçim turunun digər mərhələlərində iştirak edərək xidmətə qəbul olunduğunu bildirir.
F.Rəhmanov polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığının şahid olduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
23.11.2022 - Bakı şəhər sakini Rafiq Əliyev
Bakı şəhər sakini Rafiq Əliyev DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq müraciətinə operativ baxıldığına və müvafiq araşdırmalara başlanıldığına görə Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.11.2022 - Xaçmaz rayon sakini Tural Poladov
Xaçmaz rayon sakini Tural Poladov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda respublikamızda ictimai asayişi ayıq-sayıq qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
23.11.2022 - Şirvan şəhər sakini Vüqar Qurbanov
Şirvan şəhər sakini Vüqar Qurbanov DİN-in “Facebook” səhifəsinə mesaj yazaraq üzləşdiyi problemlə bağlı etdiyi müraciətə operativ baxıldığına və göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
23.11.2022 - Vətəndaş Aynurə Hidayətqızı
Vətəndaş Aynurə Hidayətqızı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciəti ilə əlaqədar Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq dinlənildiyini, müraciətinin araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir.
A.Hidayətqızı müraciətinə operativ reaksiya verilməsinə, göstərilən diqqətə və xoş münasibətə, həmçinin qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.