Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elnur Məmmədov öz təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyətindən məmnunluğunu ifadə edir. 

Vətəndaş Nihad Hüseynov müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə məsələnin müsbət həlli istiqamətində lazımi göstərişlərin verilməsinə görə təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Firudin Cavadov məktubunda gecə-gündüz yorulmadan xidmət edən, ictimai asayişi ayıq-sayıq qoruyan Azərbaycan polisinə öz təşəkkürünü bildirir.

Bakı şəhər sakini Anar Ağayev tanıdığı şəxs tərəfindən mebel düzəltmək adı ilə pulunun ələ keçirilməsinə dair müraciətinə operativ baxılaraq probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin İŞ-nin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Mina Cəfərzadə müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Kamal Yaqublu oğlunun timsalında DİO-da xidmət edən gənclərə göstərilən xüsusi diqqətə və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi İsmira Həsənova müraciətinə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Vüsal Ağacanov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir  və göstərilən diqqətə görə Nərimanov RPİ-nin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Əli Ağayev müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına görə Nərimanov RPİ-nin TŞ-nin kollektivinə təşəkkürünü bildirir.