Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran şəhər sakini Aytac Bağırova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən müraciətinə operativ reaksiya verilərək araşdırmalara başlanılmasına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Naxçıvan şəhər sakini Yeganə Musayeva məktubunda müraciətinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sevda Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Malik Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri həssaslığa, eləcə də xoş rəftar və nəzakətli davranışlara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nuranə Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elməddin Atakişiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aydın Məhərrəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqət və qayğıya görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Şəmsiyyə Məmmədtağıyeva məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Anar Hüseynov məktubunda ictimai yerdə səhhəti ilə bağlı problem yarandığını qeyd edərək polis əməkdaşlarının ona köməklik göstərdiyini bildirir. O, göstərilən həssas yanaşmaya, xoş rəftar və nəzakətli davranışlara görə Azərbaycan polisinə minnətdarlığını ifadə edir.