Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.04.2023 - Vətəndaş Ülkər Zamanova
Vətəndaş Ülkər Zamanova müraciətinə operativ və obyektiv şəkildə baxılaraq probleminin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
17.04.2023 - Vətəndaş Səfər Cavadov
Vətəndaş Səfər Cavadov müraciətinə tez bir zamanda baxılaraq probleminin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
17.04.2023 - Vətəndaş Fərhad Əliyev
Vətəndaş Fərhad Əliyev müraciətinə tez bir zamanda baxılaraq probleminin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin peşəkar xidməti fəaliyyətini yüksək dəyərləndirir.
17.04.2023 - Vətəndaş İlqar Şahvələdov
Vətəndaş İlqar Şahvələdov müraciətinə operativ şəkildə və tam hüquqi müstəvidə baxıldığına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
17.04.2023 - Vətəndaş Təranə Məmmədova
Vətəndaş Təranə Məmmədova dələduzluğa məruz qalması ilə bağlı müraciətinə dərhal reaksiya verildiyinə, Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən səmimi qəbula və hüquqlarının ona izah olunmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
17.04.2023 - Vətəndaş Füzuli İsmayılov
Vətəndaş Füzuli İsmayılov DİN rəhbərliyinə etdiyi müraciətə dərhal reaksiya verildiyinə, Səbail RPİ-nin əməkdaşları tərəfindən səmimi qəbula və müraciətinə obyektiv şəkildə baxıldığına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
17.04.2023 - Bakı şəhər sakini Ayğül Bağırova
Bakı şəhər sakini Ayğül Bağırova təşəkkür məktubunda müraciətinə operativ reaksiya verərək, itirilmiş dövlət nömrə nişanının bərpa olunmasında göstərdikləri köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.04.2023 - Bakı şəhər sakini, şəhid anası Mədinə Ağaşova
Bakı şəhər sakini, şəhid anası Mədinə Ağaşova təşəkkür məktubunda müraciətinə operativ reaksiya verərək, ailə üzvünün xidmət etdiyi sahədə əldə etdiyi nailiyyətində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.04.2023 - Sosial şəbəkə izləyiciləri Humay İmanova və Orxan Abbasov
Sosial şəbəkə izləyiciləri Humay İmanova və Orxan Abbasov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında və cinayətkarlıqla mübarizədə fəal iştiraklarına görə daxili işlər orqanları əməkdaşlarına təşəkkür bildirirlər.