Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.04.2023 - Vətəndaş Sevil Məmmədova
Vətəndaş Sevil Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.04.2023 - Bakı şəhər sakini Aytəkin Allahverdiyeva
Bakı şəhər sakini Aytəkin Allahverdiyeva müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.04.2023 - Bakı şəhər sakini İradə Quliyeva
Bakı şəhər sakini İradə Quliyeva üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.04.2023 - Naxçıvan şəhər sakini Qasım Səfərzadə
Naxçıvan şəhər sakini Qasım Səfərzadə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.04.2023 - Bakı şəhər sakini Elim Mustafayev
Bakı şəhər sakini Elim Mustafayev müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.04.2023 - Vətəndaş Səfura Ağayeva
Vətəndaş Səfura Ağayeva sosial şəbəkə vasitəsilə etdiyi müraciətə operativ baxıldığına və müvafiq tədbir görüldüyünə görə təşəkkür edir.
22.04.2023 - Vətəndaş Elnarə Bəkirova
Vətəndaş Elnarə Bəkirova cinayətkarlıqla qətiyyətli mübarizə apardıqlarına görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində polis əməkdaşlarına uğurlar arzulayır.
20.04.2023 - Vətəndaş Xəqani Əliyev
Vətəndaş Xəqani Əliyev xidməti fəaliyyətlərində peşəkarlıq nümayiş etdirdiklərinə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, ölkə vətəndaşının təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini təqdir edir.
20.04.2023 - Vətəndaş Mehriban Yusifova
Vətəndaş Mehriban Yusifova müraciətinə operativ şəkildə baxılmasına, Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən səmimi qəbula görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.