Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Salyan rayon sakini Cəfərağa Rzayev etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Neman Hüseynov öz təşəkkür məktubunda nümunəvi xidmətə, vətəndaşlara qarşı nəzakətli davranışlara görə Yardımlı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Suad Səlimov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Eyvaz Fərəсov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ətraf mühiti çirkləndirən şəxslərlə bağlı görülən tədbirlərə görə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Təranə Bağırova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Rima Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına və hüquqlarının ona izah edilməsinə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Mehriban Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına itmiş əşyasının qısa zamanda tapılaraq təhvil verilməsində göstərilən köməkliyə görə Səbail RPİ 8-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Mehriban Mansurova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Məhəbbət İsgəndərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.