Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rasim Yariyev Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabına yazdığı mesajında ona məxsus velosipedinin oğurlanması ilə bağlı Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və velosipedinin tapılaraq ona təhvil verildiyini qeyd edir.

Şahbuz şəhər sakini Elməddin Mikayılov üzləşdiyi problemlə Şahbuz RPŞ-yə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Fidan İbrahimova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Asif Qələndərov müraciətinə operativ baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Almaz Bəkirova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Məsumə Ovçiyeva üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinin obyektiv araşdırılaraq müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Rəvanə Kərimova müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ceyran İbrahimova Nərimanov Rayon Polis İdarəsinə etdiyi müraciətə dərhal reaksiya verildiyini, aparılan obyektiv araşdırma nəticəsində ona dəymiş zərərin ödətdirildiyini və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir.

Sumqayıt şəhər sakini Bahəddin Vəliyev müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.