Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Məryəmxanım Babayeva müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Nurlan Əhmədov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Aytən Abbaszadə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı etdiyi müraciətin obyektiv araşdırılmasından razılıq edir, göstərilən köməklik və diqqətə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Arif Nəsibov yol hərəkəti qaydalarını pozan sürücü barəsində etdiyi müraciətinə dərhal reaksiya verilməsinə və qısa müddətdə həllini tapmasına görə Yasamal Rayon DYPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Heydər Fərəcli tanımadığı şəxs tərəfindən ictimai qaydaların pozulması barədə etdiyi müraciətə obyektiv baxılmasına görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aynur Qarayeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Anar Məmmədov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə minnətdarlıq edir. 

Vətəndaş Tofiq Kərimov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Əkbər Mahmudlu müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.