Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.02.2025 - Bakı şəhər sakini Könül Məmmədova
Bakı şəhər sakini Könül Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.02.2025 - Sosial şəbəkə istifadəçisi Bilman Allahverdiyev
Sosial şəbəkə istifadəçisi Bilman Allahverdiyev Daxili İşlər Nazirliyinin “Facebook” sosial şəbəkə səhifəsinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.02.2025 - Bakı şəhər sakini Maral Quluzadə
Bakı şəhər sakini Maral Quluzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.02.2025 - Sosial şəbəkə istifadəçisi Tural Səfizadə
Sosial şəbəkə istifadəçisi Tural Səfizadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.02.2025 - Bakı şəhər sakini Yasəmən Kərimova
Bakı şəhər sakini Yasəmən Kərimova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
18.02.2025 - Vətəndaş Səadət Muradova
Vətəndaş Səadət Muradova daxili işlər naziri tərəfindən Qusar rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilməsinə, dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə və müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.02.2025 - Vətəndaş Eldar Ehtibarov
Vətəndaş Eldar Ehtibarov avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
18.02.2025 - Vətəndaş Pərviz Hüseynli
Vətəndaş Pərviz Hüseynli mesajında üzləşdiyi antisanitar vəziyyətlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə özü və qonşuları adından DİN rəhbərliyinə minnətdarlığını bildirir.
18.02.2025 - Vətəndaş Fəqan Rüstəmov
Vətəndaş Fəqan Rüstəmov müraciətlərə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.