Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakinləri Rəvan Kazımov və Vüsalə Həsənova üzləşdikləri dələduzluq hadisəsi ilə əlaqədar etdikləri müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin və Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürlərini ifadə edirlər.

Təşəkkür məktubunda bir qrup vətəndaş yaşadıqları ünvanın Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən kamera müşahidə sistemi ilə təchiz edilməsinə görə DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə edirlər.

Beyləqan rayon sakini Günay Süleymanova ona dəymiş ziyanın aradan qaldırılmasında göstərilən köməyə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Füzuli rayon sakini Maqsud Abışov müraciətinə operativ reaksiya verildiyinə görə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Bərdə rayon sakini Əvəz Atakişiyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Sərvər Fərzəliyev müraciətinə obyektiv baxılmasına görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Ehtibar Əhmədov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Beyləqan rayon sakini Şirzad Məmmədhəsənov müraciətinin müsbət həll olunmasına görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Tərtər rayon sakini Natiq Nəbiyev müraciətinin müsbət həllini tapmasına görə DİN  rəhbərliyinə təşəkkür edir.