Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər Binəqədi rayon sakini Zəmilə Ağayeva üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ 43-cü Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü yazır. 

Abşeron rayon sakini Bəylər Teymurov DİN-in Hospitalında müalicə aldığı zaman peşəkar tibb personalı tərəfindən pasiyentlərə göstərilən həssas münasibətə, diqqət və qayğıya, eləcə də yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Şəki rayon sakinləri Güloğlan Məhəmmədov, Səyyarə Məhərrəmova, Gültər Musayeva və Həmid Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Şəki Şəhər-Rayon Polis Şöbəsində keçirdiyi vətəndaş qəbulunda qəbul edildiklərini,  müraciətlərinin dinlənilərək aidiyyəti üzrə tapşırıqlar verildiyini və qısa müddətdə müsbət həll edildiyini qeyd edirlər. Onlar vətəndaş müraciətlərinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürlərini bildirirlər.

Astara rayonunun Ojəkəran kənd sakini, Şəhid qardaşı olan Şairağa Hidayətov məktubunda rayon ərazisində ictimai asayişin etibarlı qorunmasına, cinayətkarlığa, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə, həmçinin Şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Vətəndaş Poladxan Srəhəngov öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Rasif Hətəmxanov Qaradağ rayonu Lökbatan dairəsində yaşanan nəqliyyat sıxlığı ilə bağlı polis əməkdaşlarına etdiyi müraciətdən sonra Qaradağ RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən lazımi tədbirlərin həyata keçirildiyi üçün DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Nicat Əliyev DİO-ya etdiyi müraciətə operativ yanaşılaraq müsbət istiqamətdə həll olunduğu üçün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Gülgəz Məhərrəmova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş tərəfindən DİN-in “instagram” səhifəsinə gələn mesajda paytaxtın Yasamal rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.