Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rəna Əliyeva itirdiyi vəsiqəsinin tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir və xidməti fəaliyyətlərində uğurlar diləyir.

Vətəndaş Qüdrət Osmanlı ictimai nəqliyyatda olarkən ona məxsus əşyaların oğurlanması hadisəsinin tez bir zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elvin Basqallı itirdiyi bank kartının tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bir qrup Şirvan şəhər sakini DİN-ə ünvanladıqları kollektiv təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Şəhər Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Sosial şəbəkə izləyicimiz Esmira Əsədova 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində  “Narkomaniya yox deyək” mövzusunda təşkil edilən tədbirə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin şəxsi heyətinə təşəkkür bildirir.

Sumqayıt şəhər sakini Ararat Hüseynov və Ağdam rayon sakini Sadiq Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Füzuli rayon sakini Nicat Mehdiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda respublikamızda ictimai asayişi ayıq-sayıq qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Ruslan Hüseynzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Samid Əmrəliyev DİN-in “Facebook” səhifəsinə mesaj yazaraq ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin qorunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirən və fədakarlıq nümayiş etdirən Azərbaycan Polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzu edir.