Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.09.2026 - Vətəndaş Samirə Əliyeva
Vətəndaş Samirə Əliyeva ünvanladığı müraciətinə operativ baxıldığını Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək minnətdarlığını bildirir.
29.09.2026 - Vətəndaş Fuad Sadıqov
Vətəndaş Fuad Sadıqov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
28.09.2026 - Bir qrup paytaxt sakini
Bakı şəhər sakinləri İsgəndər İsmayılov, Rəşad Alıkişiyev, Nihad Məmmədov və Araz Abbasov müraciətlərinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
28.09.2026 - Vətəndaş Məhəmməd Məmmədov
Vətəndaş Məhəmməd Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.09.2026 - Vətəndaş Səbinə Səfərova
Vətəndaş Səbinə Səfərova müraciətinə baxıldığı və hüquqlarının ətraflı izah edildiyi üçün Gəncə ŞBPİ -nin əməkdaşlarına minnətdarlığını çatdırır.
28.09.2026 - Vətəndaş Etibar Muxtarova
Vətəndaş Etibar Muxtarova müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və eyni zamanda operativliyə görə Ağstafa RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
28.09.2026 - Vətəndaş Babək Qarayev
Vətəndaş Babək Qarayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı törədilmiş oğurluq əməlinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Bildirirəm ki, Nərimanov RPİ-nin 16-cı PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində əşyalarım tapılaraq mənə təhvil verilmişdir. Müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
28.09.2026 - Bakı şəhər sakini Zaur Ağayev
Bakı şəhər sakini Zaur Ağayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektiv araşdırılaraq məsələnin qısa müddətdə müsbət həll edildiyinə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
28.09.2026 - Bakı şəhər sakini Mikayıl Dünyamalıyev
Bakı şəhər sakini Mikayıl Dünyamalıyev DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.