Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.03.2025 - Bakı şəhər sakini Sənan Həsənov
Bakı şəhər sakini Sənan Həsənov məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - “Baku TV”nin departament rəhbəri Samir İbrahimov
“Baku TV”nin departament rəhbəri Samir İbrahimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərilən operativliyə və obyektivliyə görə başda DİN-in rəhbərliyi olmaqla Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli işlərində uğurlar arzulayır.
03.03.2025 - Vətəndaş Elman Mehdiyev
Vətəndaş Elman Mehdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, tanışının üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Vətəndaş Əfqan İsmayılov
Vətəndaş Əfqan İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verilərək həyata keçirilən tədbirlərə və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Bakı şəhər sakini Adil Zülfüqarov
Bakı şəhər sakini Adil Zülfüqarov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına, həyata keçirilən tədbirlərlə müsbət həll olunaraq ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Vətəndaş Qafur Əliyev
Vətəndaş Qafur Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə aparılan obyektiv araşdırmalara və ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Vətəndaş Kubra Məhərrəmova
Vətəndaş Kubra Məhərrəmova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, gecə-gündüz yorulmadan xidmət aparan Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
03.03.2025 - Vətəndaş Şahin Salmanov
Vətəndaş Şahin Salmanov məktubunda müraciətinə dərhal reaksiya verilərək həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
03.03.2025 - Vətəndaş Camal Şirəliyev
Vətəndaş Camal Şirəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, övladlarının üzləşdikləri problemlə bağlı müraciətinə operativ reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.