Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şirvan şəhər sakini Sədaqət Muradova DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Ucar rayon sakini, qazi Fərzalı Cəbrayılov DİN-ə ünvanladığı məktubunda vətəndaşlara, şəhid ailələrinə, qazi və Vətən Müharibəsi iştirakçılarına yüksək səviyyədə göstərdikləri xidmətlərə və xoş rəftara görə Yevlax 9 saylı Qİ və TBŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Salyan rayon sakini Rasim Hüseynov üzləşdiyi oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Goranboy rayon sakini Əbülfəz Zamanlı DİN-ə ünvanladığı məktubunda oğlu Samir Zamanpurun Zərdab RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində çalışdığını və iyul ayında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyi qeyd edir. Mərhum oğlunun yas mərasimi zamanı Zərdab RPŞ-nin əməkdaşları tərəfindən onlara göstərilən diqqət və qayğıya, eləcə də maddi və mənəvi dəstəyə görə polis şöbəsinin rəhbərliyinə və kollektivinə öz minnətdarlığını bildirir.

Salyan rayon sakini Elşən Nəcəfov DİN-ə ünvanladığı təşəkkür məktubunda ona məxsus fərdi yaşayış evindən oğurluq edən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsinə görə DİN rəhbərliyinə və Salyan RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Zemfira Rəsulova şikayətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Şəmkir rayon sakini Elsevər Ələkbərli etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Qazax rayon sakini Elşad Vəliyev məktubunda DİN-ə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırma aparıldığını qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

“Nadir Khan Afshar” adlı “facebook” sosial şəbəkə istifadəçisi qonaq gəldiyi Naftalan və Gəncə şəhərlərində Dövlət Yol Polisi əməkdaşlarının humanist davranışlarını yüksək dəyərləndirir və təşəkkürünü bildirir.