Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini  Vəfa Babayeva müraciətinin obyektiv araşdırılmasına, eləcə də  müsbət həll edilməsinə görə Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini  Fətəli Fətəliyev ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Qüdrət Hüseynzadə dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Naim Zöhrabov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Ruslan Əhmədov itən mobil telefonunun qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Səməd Qədirov bir neçə şəxs tərəfindən mütəmadi olaraq təhqir olunması ilə bağlı  etdiyi müraciətinin müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Əmiraslan Rüstəmov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında müraciəti ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilərək dinlənildiyini və müvafiq tədbirlərin görüldüyünü qeyd edir. Ə.Rüstəmov vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə  Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Samirə Cabarova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Bakı şəhər sakini Aqil Əsgərov məktubunda paytaxtın Xəzər rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.