Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.03.2025 - Sosial şəbəkə istifadəçisi Emil Maqalov
Sosial şəbəkə istifadəçisi Emil Maqalov Daxili İşlər Nazirliyinin “Facebook” sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında ölkə ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
04.03.2025 - Bakı şəhər sakini Vüsal Abdulla
Bakı şəhər sakini Vüsal Abdulla Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.03.2025 - Sosial şəbəkə istifadəçisi Həsənağa Xudaverdiyev
Sosial şəbəkə istifadəçisi Həsənağa Xudaverdiyev Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında müraciətinə operativ baxıldığına və oğurlanmış əşyasının qısa zamanda tapılaraq təhvil verilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.03.2025 - Sosial şəbəkə istifadəçisi Qalib Həsənov
Sosial şəbəkə istifadəçisi Qalib Həsənov Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir
04.03.2025 - Bakı şəhər sakini Səbinə Sabitova
Bakı şəhər sakini Səbinə Sabitova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.03.2025 - Sosial şəbəkə istifadəçisi Elyar İslamoğlu
Sosial şəbəkə istifadəçisi Elyar İslamoğlu Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında oğurlanan motosikletinin tapılmasında və ona dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.03.2025 - Quba rayon sakini Nizami Muradov
Quba rayon sakini Nizami Muradov rayonun ucqar hissəsində meşəlik ərazidə köməksiz vəziyyətdə qaldığı zaman ona göstərilən köməkliyə görə Quba RPŞ-nin Qonaqkən PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
04.03.2025 - Sumqayıt şəhər sakini İsmayıl Cabbarov
Sumqayıt şəhər sakini İsmayıl Cabbarov Quba rayonunda olduğu zaman avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
04.03.2025 - Quba rayon sakini Nurcan Allahverdiyeva
Quba rayon sakini Nurcan Allahverdiyeva onlayn dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.