Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.09.2022 - Vətəndaş Mehrac Sarıxanlı
Vətəndaş Mehrac Sarıxanlı etdiyi müraciətində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-İmtahan İdarəsində qəbul edildiyini, dinlənildiyini bildirir, qısa müddətdə və rahatlıqla avtomobilinin qeydiyyata alındığını qeyd edir. M.Sarıxanlı vətəndaşların rahatlığı üçün yaradılan şəraitə və göstərilən xidmətə görə DİO əməkdaşlarına təşəkkürünü bildirir.
01.09.2022 - Hacıqabul rayon sakini Gülay Babayeva
Hacıqabul rayon sakini Gülay Babayeva DİN-ə ünvanladığı məktubunda DİN rəhbərliyinə və BMİ-nin Yasamal RMİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.09.2022 - “Facebook” sosial şəbəkəsindəki Sirvan Tvinfo səhifəsi
“Facebook” sosial şəbəkəsindəki Sirvan Tvinfo səhifəsində Azərbaycan Polisinə təşəkkür postu paylaşılıb: “Bu gün Şirvan şəhərində epilepsiya xəstəliyindən əziyyət çəkən balaca bir uşağın yolda qıcolması tutub və köməksiz vəziyyətdə qalıb. Bu vaxt ərazinin yaxınlığından keçən Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin Yunis və Tural adlı əməkdaşları vaxt itirmədən, dərhal uşağa ilkin tibbi yardım göstəriblər. Daha sonra xəstəxanaya çatdırılan uşağın valideynlərinə də bu barədə məlumat veriblər. Hal-hazırda uşağın səhhəti bağlı heç bir problem yoxdur. Şirvan ictimaiyyəti olaraq azyaşlıya yardım edən həmin polis əməkdaşlarına öz təşəkkürümüzü bildiririk”.
01.09.2022 - Bakı şəhər sakini Şahin Dünyamaliyev
Bakı şəhər sakini Şahin Dünyamaliyev DİN-nə ünvanladığı təşəkkür məktubunda onu və ailəsini narahat edən məsələ ilə bağlı etdikləri müraciətə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ reaksiya verilməsinə görə DİN rəhbərliyinə və RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.
01.09.2022 - Zərdab rayon sakini Elbrus Aslanov
Zərdab rayon sakini Elbrus Aslanov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ reaksiya verilməsinə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.
01.09.2022 - Sosial şəbəkə istifadəçisi Cavid Səfər
Sosial şəbəkə istifadəçisi Cavid Səfər Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda etdiyi müraciətə operativ reaksiya verilməsinə görə DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.
29.08.2022 - Şamaxı rayon sakini Namiq Zərbalıyev
Şamaxı rayon sakini Namiq Zərbalıyev təşəkkür məktubunda Vətən müharibəsi qazilərinə göstərdikləri diqqət və qayğıya görə,DİN rəhbərliyinə minnətdarlığını bildirir.
29.08.2022 - Bakı şəhər sakini Rafiq Məmmədov
Bakı şəhər sakini Rafiq Məmmədov müraciətinin müsbət həll olunmasına görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
29.08.2022 - Göyçay rayon sakini Raqif Salmanov
Göyçay rayon sakini Raqif Salmanov təşəkkür məktubunda ona məxsus tövləni yandıran şəxsin müəyyən olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.