Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.03.2025 - Vətəndaş Qoşqar Zeynalov
Vətəndaş Qoşqar Zeynalov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, barəsində tərtib olunmuş protokolla bağlı etdiyi müraciəti ilə əlaqədar Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsindən onunla əlaqə saxlanıldığını və qanuni izah verilərək məsələyə aydınlıq gətirildiyini qeyd edir.
Q.Zeynalov müraciətinə diqqətlə yanaşıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
03.03.2025 - Bakı şəhər sakini Sevinc Əzimova
Bakı şəhər sakini Sevinc Əzimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı Bakı şəhər Baş Polis İdarəsinə ünvanladığı müraciətinə operativ baxıldığını, idarəyə dəvət olunduğunu və müvafiq tədbirlər görüldüyünü qeyd edir. Buna görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Mingəçevir şəhər sakini Aysel Mürşüdova
Mingəçevir şəhər sakini Aysel Mürşüdova müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
03.03.2025 - Bakı şəhər sakini Ürfan Yaqubov
Bakı şəhər sakini Ürfan Yaqubov müraciətinin obyektiv araşdırılmasına görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
03.03.2025 - Şamaxı rayon sakini Akif Kərimov
Şamaxı rayon sakini Akif Kərimov müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
03.03.2025 - Salyan rayon sakini Vüsal Rəhmanov
Salyan rayon sakini Vüsal Rəhmanov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir. minnətdarlığını bildirir.
03.03.2025 - Ağstafa rayon sakini Gülnar İsmayılova
Ağstafa rayon sakini Gülnar İsmayılova DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Polisinə minnətdarlıq edir.
03.03.2025 - Vətəndaş Əlisa Seyidov
Vətəndaş Əlisa Seyidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yaxınının üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Sumqayıt şəhər sakini Tamilla Rzayeva
Sumqayıt şəhər sakini Tamilla Rzayeva məktubunda övladının hava limanında üzləşdiyi problemlə bağlı müraciətinə dərhal reaksiya verilərək qısa zamanda müsbət həll olunmasına görə NBPİ-nin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.