Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Əli Baxışov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Mehriban Şükürova etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Şəhid atası olan Quba rayon sakini Tahir Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Xaçmaz RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Süleyman Muradov onlayn dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Lənkəran rayon sakini Füzuli İbadov DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Neftçala rayon sakini Ağaməmməd Əliyev DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sabirabad rayon sakini Qövsi Mirzəyev DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Hacıqabul rayon sakini Sərdar Məhərrəmov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir. 

Bakı şəhər sakini Sərdar İsayev Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu bildirir və buna görə DİN rəhbərliyinə təşəkkür edir.